"Qarabağ"ın fasilə zamanı keçirəcəyi yoldaşlıq matçlarını azarkeşlər izləyə bilməyəcək. Sport24.az xəbər verir ki, "atlılar"ın yanvarın 9-u "Kəpəz", 12-i isə "Zirə" ilə keçirəcəyi yoldaşlıq görüşləri yalnız media nümayəndələri (PFL-in media vəsiqəsi ilə) üçün açıq olacaq.

 

Hər iki görüş azarkeşlər üçün qapalı keçiriləcək və matçların canlı yayınlanması nəzərdə tutulmur.