"Limitin ləğvi mənim üçün üzücü məqamdır. Azərbaycan futbolu onsuz da geridədir, bundan sonra isə inkişafdan söhbət belə gedə bilməz". Bu sözləri Sport24.az saytına açıqlamasında Əfran İsmayılov deyib.
Millinin sabiq üzvü limitin ləğv olunmasının Azərbaycan futbolunun məhvinə gətirib çıxaracağını bildirib:
"Tutaq ki, akademiyadan uşaq yetişir, və əsas komantya yüksəlir. Onsuz da bizdə gənclərə güvənmirduilər, bundan sonra ümumiyyətlə, onlara şans verilməyəcək. Hamı deyir gedib Avropada oynasınlar. Bizdə elə bir futbolçu yoxdur ki, gedib yaxşı klublarda oynasın. Bir Mahir Emrelidi, o da "Nürnberq" sabit çıxış etmir. Futbolumuz bundan sonra olmayacaq. Heç kim akademiyada futbolçu yetişdirməyəcək. Çalışıram qərarlara hörmətlə yanaşım. Amma elə qərarlar var ki, onsuzda çökmüş Azərbaycan futbolunu məhv edəcək. Azərbaycan futbolunun gələcəyi dumanlıdı. Milli komandalara hardan futbolçu gedəcək? Məcbur "Kəpəz"də və ya "Səbail"də oynayan oyunçular yığmaya olunacaq. Üstəlik deyirlər, milliləşdirilmiş futbolçuları yavaş-yavaş yığışdırmaq lazımdır. Acınacaqlı durumdayıq".
Qeyd edək ki, İcraiyyə Komitəsinin növbəti iclasında növbəti mövsümdə Premyer Liqada legioner limitinin ləğv olunacağı gözlənilir.