"Sumqayıt"ın sabiq futbolçusu Rıfat Nurmaqamet Qazaxıstanda klubunu dəyişib. Sport24.az xəbər verir ki, son mövsümü "Turan"da keçirən yarımmüdafiəçi "Şaxtyor"a keçib.

 

28 yaşlı futbolçunun keçidi yaxın zamanda açıqlanacaq.

 

Rıfat 2022-ci ilin yayından 2023-cü ilin martına kimi "Sumqayıt"da çıxış edib. O, Premyer Liqada 9 oyunda iştirak edib.