İngiltərə Liqa Kubokunun yarımfinalında "Liverpul"a qarşı oyun zamanı huşunu itirən "Tottenhem"in yarımmüdafiəçisi Rodriqo Bentankur sosial şəbəkələrdə səhhəti barədə məlumat paylaşıb. Sport24.az xəbər verir ki, o xəstəxanadan foto paylaşaraq səhhətinin yaxşı oluğunu bildirib.

 

Futbolçu dəstək mesajlarına görə təşəkkürünü bildirib və komandasını qələbə münasibətilə təbrik edib.

 

Qeyd edək ki, dünən görüşdə huşunu itirən futbolçu xəstəxanaya yerləşdirilib. Qarşılaşma "Tottenhem"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.