"Barselona"nın rəhbərliyinə daxil olan müxalif qruplar prezident Joan Laporta və klubun idarə heyətini dərhal istefaya çağırıb. Sport24.az xəbər verir ki, Kataloniya klubu ilə əlaqəli on qrup, platforma və assosiasiya tərəfindən müvafiq bəyanat dərc olunub.

 

Bu tələbin başında, müvafiq olaraq, "Si al Futur" və "Some un clam"ın rəhbərləri - klub prezidentliyinə namizədlər Viktor Font və Joan Kamprubi dayanır. Laporta onların tələblərini qəbul etməkdən imtina edərsə, müxaliflər prezidentə etimadsızlıq səsverməsi keçirə bilərlər.

 

Bu qərarın əsas səbəblərindən biri klubun yarımmüdafiəçi Dani Olmo və hücumçu Pau Viktoru qeydiyyatdan keçirə bilməməsi (İspaniya Kral Futbol Federasiyası və La Liqa artıq bunu rəsmən təsdiqləyiblər), həmçinin Nike ilə müqavilənin uzadılması prosesidir.