Özbəkistanın yeniyetmələr millisinin və Daşkənd "Lokomotiv"inin yarımmüdafiəçisi Lazizbek Mirzəyev karyerasını İspaniyada davam etdirəcək. Sport24.az xəbər verir ki, 18 yaşlı futbolçu 100 min avro qarşılığında "Leqanes" klubuna keçib.

 

O, La Liqada çıxış edən ilk özbəkistanlı olacaq. 

 

Qeyd edək ki, Mirzəyev 2023-cü ildə yeniyetmələr arasında dünya çempionatında Özbəkistanın U-17 millisinin kapitanı olub.