Türkiyə millisinin sabiq üzvü Yılmaz Urul vəfat edib. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Keçmiş qapıçı 82 yaşında dünyasını dəyişib.
Urul 1961-ci ildə Türkiyənin U-18 yığmasında, 1963-64-cü illərdə U-21 komandasında çıxış edib. O, 1965-ci ildə əsas milli ilə 4 matçda meydana çıxıb.
Millinin sabiq "çərçivə qoruyucusu" karyerası ərzində "İstanbulspor", "Fənərbaxça" və "Mersin İdman Yurdu" klublarının formasını geyinib.