"Araz-Naxçıvan" bu gün məşqləri bərpa edib. Sport24.az xəbər verir ki, dekabrın 22-də "Qarabağ" keçirilən matçdan sonra istirahətə yollanan futbolçular bu gün Buzovna qəsəbə stadionunda bir araya gəliblər.

 

2025-ci ilin ilk məşq günündə ancaq yerli futbolçular iştirak ediblər. Legionerlər isə sabahdan etibarə məşqlərə qatılacaqlar.

 

Qeyd edək ki, komanda toplanış çərçivəsində 2 yolama oyunu keçirəcək. "Qırmızı-ağlar" yanvarın 9-da "Sumqayıt", ayın 11-də isə "Səbail"lə qarşılaşacaq.