"Santos"un hücumçusu Neymar karyerasını MLS-də davam etdirə bilər. Sport24.az "The Athletic"-ə istinadən xəbər verir ki, "Sinsinnati" klubu artıq braziliyalı futbolçunun nümayəndələri ilə ilkin danışıqlar aparıb.
ABŞ klubu oyunçunun tələblərini və transferlə bağlı marağını təsdiqləyib. Proses hələ çox erkən mərhələdədir.
"SinSinnati"nin rəhbərliyi elə hesab edir ki, klubun mövcud maliyyə resursları və infrastrukturu sayəsində dünya səviyyəli ulduzları cəlb edə bilərlər.
Qeyd edək ki, 34 yaşlı Neymarın "Santos"la müqaviləsi 2026-cı ilin sonunda başa çatır.