"Arsenal"ın baş məşqçisi Mikel Arteta klubla yeni müqavilə ilə bağlı ilkin danışıqlar aparıb. Sport24.az xəbər verir ki, bu barədə BBC-nin məlumat yayıb.
Arteta 2019-cu ildən klubun "sükanı arxasındadır". Məşqçi kimi yeganə kubokunu "Emirates" stadionunda debüt mövsümündə qazanıb. Həmin ilə "Topçular" FA Kubokunu başı üzərinə qaldırıb.
Hazırda onun müqaviləsinin bitməsinə cəmi bir il qalıb, lakin 44 yaşlı ispaniyalı mütəxəssis işi ilə klub rəhbərliyini onun düzgün seçim olduğuna inandırıb.
Mənbənin sözlərinə görə, tərəflər bir müddət əvvəl yeni müqaviləni müzakirə etməyə başlayıblar.
Mövsümün nəticəsi Mikelin gələcəyinə təsir etmir - həm klub, həm də Arteta tərəfdaşlıqdan məmnundur və onu davam etdirmək istəyirlər.