"Nyukasl" bu yay iki əsas oyunçusunu satmaq məcburiyyətində qala bilər. Sport24.az xəbər verir ki, bu barədə BBC-si məlumat yayıb.
Klub hazırda İngiltərə Premyer Liqasında 12-ci yerdədir. Nəzəri olaraq, "Nyukasl" hələ də ilk "beşlik" şansını saxlayır. "Sağsağanlar" çempionlar Liqasına vəsiqə qazana bilməsə, klub maliyyə çətinlikləri ilə üzləşə bilər.
Mənbənin sözlərinə görə, Çempionlar Liqasının gəlirləri olmadan komanda maliyyə feyr-pleyini pozmuş olacaq. Bu üzdən "Nyukasl" ən azı bir və ya iki əsas oyunçusunu satmaq məcburiyyətindədir.
Qeyd edək ki, Eddi Hounun komandasının ən dəyərli futbolçuları arasında Bruno Gimarayns, Entoni Qordon, Tino Livramento və Sandro Tonali adları çəkilir.