Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Sport24.az xəbər verir ki, gecə maraqlı görüşlərlə yadda qalıb.
Günün mərkəzi qarşılaşması İngiltərədə "Kristal Pelas" və "Fiorentina" arasında baş tutub. Meydan sahibləri 3:0 hesablı inamlı qələbəyə seviniblər.
"Rayo Vallekano" da favoriti olduğu matçda "AEK"i 3 cavabsız qolla məğlub edib. "Maynz" öz meydanında "Strazburq", "Şaxtyor" isə "AZ Alkmaar"dan üstün olub.
Cütlər arasında cavab oyunları aprelin 16-sında keçiriləcək.
UEFA Konfrans Liqası
1/4 final
9 aprel
"Rayo Valyekano" (İspaniya) – AEK (Yunanıstan) 3:0
Qol: İ. Akomah, 2, U. Lopez, 45+2, İ. Palazon, 74 (pen)
"Maynts" (Almaniya) – "Strazburq" (Fransa) 2:0
Qol: K. Sano, 11, S. Poş, 19
"Kristal Pelas" (İngiltərə) – "Fiorentina" (İtaliya) 3:0
Qol: J. Mateta, 24 (pen), T. Miçell, 31, İ. Sarr, 90
"Şaxtyor" (Ukrayna) – "Alkmaar" (Niderland) 3:0
Qol: Pedrinyo, 72, Alisson, 81, 83