Futbol üzrə Azərbaycan II Liqasında XXI tura yekun vurulub. Sport24.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub.
"Quba" doğma meydanda "Şəki Siti"ni qəbul edib. Qarşılaşma ev sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 42-yə yüksəldən "Quba" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 30 xalı olan "Şəki Siti" isə 7-ci yerdədir.
"Quba" - "Şəki Siti" 5:1
Qollar: C.Qasımov, 31, İ.İbrahimli, 34, 69, E.Səmədov, 58, 81 - E.Hacıbabayev, 76