13–14 aprel tarixlərində Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə U-14 və U-17 yaş kateqoriyaları üzrə cüdo texnikaları imtahanı keçiriləcək. Sport24.az bildirir ki, imtahanda U-14 Liqa yarışının II turu və U-17 Liqa yarışının I turu üçün qeydiyyatdan keçmiş yeniyetmə cüdoçular iştirak edə bilərlər.


İmtahan Abşeron Olimpiya İdman Kompleksinə olacaq.