Avropa çempionatında Azərbaycanın qadın cüdoçularına böyük inam var. Sport24.az xəbər verir ki, qadın cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Amina Abdellatif jurnalistlərə bu barədə açıqlama verib.

 

Mütəxəssis Avropa çempionatı ilə bağlı fikirlərini bölüşüb:

 

"Hazırlıq yüksək səviyyədədir. Avropa çempionatına ciddi hazırlaşırıq. Turnirdən sonra Bakıda təşkil olunacaq Dünya birinciliyinə hazırlaşacağıq. Yarışlara hər zaman medal istəyi ilə gedirik. Avropa çempionatında da qadın cüdoçulara ümidlər böyükdür. Bu dəfə də məqsədimiz uğur qazanmaqdır".


Cüdo üzrə Avropa çempionatı aprelin 16–19-da Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək.