"Santos"un ulduzu Neymar bazar günü keçiriləcək "Velo Clube" ilə matçda meydana çıxacaq. Sport24.az xəbər verir ki, bu barədə "ge globo" məlumat yayıb.
Mənbənin sözlərinə görə, hücumçunun növbəti çempionat matçını, "Atletiko" ilə görüşü isə buraxacağı gözlənilir. Neymarın sonuncu dəfə iki ay əvvəl, "Kruzeyro" ilə qarşılaşmada heyətdə yer aldığını da vurğulayaq.
"Santos"un digər əsas oyunçusu Qabiqolun da Kuritibadakı oyunu buraxması ehtimalı var.
Qeyd edək ki, Neymar ötən ilin sonlarında medial meniskinin cırılmasından sonra artroskopik əməliyyat keçirmişdi. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin sonuna qədərdir.