"Santos"un hücumçusu Neymar komandanın süni örtüklü meydançadakı bütün oyunlarını buraxacaq. Sport24.az xəbər verir ki, bu barədə "Jornal A Tribuna" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, süni örtüklü meydançada istənilən yıxılma braziliyalının oynaqlarında və dizlərində şiddətli ağrılara səbəb olur. Zədədən ehtiyatlanan klub rəhbərliyi məhz bu üzdən belə qərar verib.
Qeyd edək ki, Neymar bu mövsüm "Santos"un heyətində bütün turnirlərdə 20 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.