"Neftçi"nin sabiq rumıniyalı baş məşqçisi Adrian Mutu yenidən işsiz qalıb.

Sport24.az xəbər verir ki, yerli ÇFR-i çalışdıran mütəxəssis istefa verib.

Buna səbəb Rumıniya kubokunun 1/4 final mərhələsində səfərdə 2-ci liqa klubu "Hunedoara"ya məğlubiyyət olub. Kluj təmsilçisi 0:4 hesablı darmadağına üzülüb.

Qeyd edək ki, "Neftçi"dən ayrıldıqdan sonra ÇFR-ə rəhbərlik etməyə başlayan Mutunun bu klubda fəaliyyəti cəmi 2 ay 4 gün çəkib.