Futbol üzrə Almaniya 3-cü liqasında 3-cü turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Manheym”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Nazarov bu matça start heyətdə başlayıb və 87-ci dəqiqədə əvəzlənib.

“Ersgebirge” 3 turdan sonra 2 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.