Futbol üzrə Almaniya 3-cü liqasında 36-cı turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə Dortmund “Borussiya”sının ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 3:3.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 31-ci dəqiqədə əvəzlənib.

“Ersgebirge” hazırda 44 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.