Futbol üzrə Almaniya 3-cü liqasında 23-cü turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Vehen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının 65-ci dəqiqə vurduğu ikinci qolun məhsuldar ötürməsini də Nazarov verib.

“Ersgebirge” hazırda 27 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.