"Napoli" futbolçusu Xviça Kvaratsxeliyanın müqaviləsini artırmaq istəyir. Sport24.az xəbər verir ki, İtaliya klubu artıq bir müddətdir, oyunçu ilə danışıqları davam etdirir.

 

Bu barədə "Sky Sport" nəşri məlumat yayıb.

 

Tərəflər maaş məsələsində razılığa gələ bilmir. "Napoli" gürcü futbolçuya illik 5 milyon avro maaş təklif edir, lakin Xviça məbləğin 8 milyon avroya artırılmasını istəyir. Danışıqlar davam edir.

 

23 yaşlı futbolçu bu mövsüm A Seriyasında 10 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2027-ci ilin yayına kimidir.