"Beşiktaş" və "Qalatasaray" "Napoli"nin yarımmüdafiəçisi Frank Zambo-Anqissa ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, kamerunlu futbolçu qarşıdan gələn yay "transfer pəncərəsi"ndə klubunu dəyişə bilər. "Napoli" onu 20-25 milyon avro dəyərində qiymətləndirir.

 

Zambo-Anqissa 2021-ci ildən "Napoli" klubunda oynayır. İtaliya klubu ilk mövsümdə onu "Fulhem"dən icarə götürüb. 2022-ci ilin yayında isə 16 milyon avroya transfer birdəfəlik transfer edib. 

 

Qeyd edək ki, futbolçu zədə səbəbindən bu mövsüm "Napoli"nin heyətində bütün turnirlərdə cəmi 22 oyunda meydana çıxıb, dörd qol vurub və iki məhsuldar ötürmə edib.