Cari mövsümün sonunda "Bavariya"dan ayrılacaq Tomas Müller daha bir klubun transfer hədəfinə çevrilib. Sport24.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
35 yaşlı futbolçunu Andres İniesta və Lukas Podolskinin oynadığı "Vissel Kobe" sıralarına qatmağı planlaşdırır.
Lakin Müllerin Yaponiyaya köçməyə razı olmayacağı ehtimal edilir.
Daha əvvəl hücumçu ilə "Los-Anceles Qelaksi"nin maraqlandığı haqda xəbərlər də yayılmışdı.
Qeyd edək ki, Müller 2000-ci ildən "Bavariya" sistemindədir. O, 2008-ci ildə klubun əsas komandasına debüt edib və həmin vaxtdan bəri 747 oyuna çıxıb.