"Roma"dan ayrılan Joze Mourinyo Almaniyada çalışa bilər. Sport24.az "Bild"-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis "Bavariya"nı çalışdırmağa yaxındır. 

 

Bundesliqada lider "Bayer"dən 5 xal geri qalan Münhen təmsilçisinin rəhbərliyi baş məşqçi Tomas Tuxelin işindən narazıdır.

 

"Bayern" yayda alman məşqçini istefaya göndərib onun yerinə Mourinyonu gətirməyi planlaşdırır.