Futbol dünyasında ilin ən səs-küylü baş məşqçi dəyişikliyi reallaşmaq üzrədir. Portuqaliyalı mütəxəssis Joze Mourinyo yenidən Madrid "Real"ını çalışdıracaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib.

 

 "Kral klubu" ilə təcrübəli çalışdırıcı bütün əsas şərtlərdə ortaq məxrəcə gəliblər. Hazırda yalnız rəsmi sənədləşmə işlərinin qaldığı və müqavilənin yaxın günlərdə rəsmən imzalanacağı bildirilir.

 

Mənbənin sözlərinə görə, tərəflər 2 illik sözləşməyə imza atacaqlar. Danışıqlar prosesində Mourinyonun heç bir problem yaratmadığı və onun əsas istəyinin məhz yenidən Madrid nəhənginə qayıtmaq olduğu vurğulanır.

 

Xatırladaq ki, Joze Mourinyo daha əvvəl 2010-2013-cü illərdə "Real"ı çalışdırıb və bu müddətdə komanda ilə La Liqa çempionluğu, Kral Kuboku və İspaniya Superkubokunu qazanıb.