Mövsümün sonunda Ayxan Abbasovla yollarını ayıracaq "Şamaxı"nın yeni baş məşqçisi dəqiqləşib. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

 

Bölgə təmsilçisi Azər Bağırovla yekun razılıq əldə edib. Hazırda "Kəpəz"də işləyən və mövsüm sonunda Gəncə komandası ilə vidalaşacaq mütəxəssislə ortaq məxrəcə gəlinib.

 

O, klub rəhbərliyi ilə hər mövzuda anlaşıb.


Rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.