"Fənərbaxça" "Flamenqo"nun üzvü futbolçusu Evertonla maraqlanır. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi yayda onun tranferini reallaşdırmağa çalışacaq.

 

30 yaşlı futbolçunun "Flamenqo" ilə müqavilə müddəti 2026-cı il dekabrın 31-nə qədərdir.

 

Everton özü "Fənərbaxça"da oynamağa razılıq verib. Sadəcə türklər onun keçidi üçün Braziliya klubuna pul ödəməlidir.

 

Qeyd edək ki, Braziliya yığmasının da şərəfini qorumuş futbolçu "Fortaleza", "Qremio" və "Benfika" klublarında oynayıb.