"Benfika" klubunun prezidenti Rui Kosta komandanın baş məşqçisi Joze Mourinyonun gələcəyi ilə bağlı mühüm açıqlamalar verib. Sport24.az "Marca"ya istinadən xəbər verir ki, klub rəhbəri portuqaliyalı mütəxəssisin hələ də "Benfika"nın sükanı arxasında olduğunu vurğulayıb:
"Əksi sübut olunana qədər Joze Mourinyo Benfikanın baş məşqçisidir. Müqavilənin uzadılması ilə bağlı qərarı özü verməlidir. Digər məsələlərlə bağlı isə bu həftə azarkeşlərlə görüşərək mövsümü dəyərləndirəcəyəm".
Rui Kosta həmçinin mətbuatda yayılan Marko Silvanın Mourinyonun yerinə namizəd olması ilə bağlı iddiaları qəti şəkildə təkzib edib:
"Mourinyo ayrılsa, Marko Silva və ya başqa bir məşqçi barədə düşündüyümü soruşurlar. Əlbəttə ki, yox".