Avstriya çempionatında 2025/26 mövsümünün qalibi məlum olub. Sport24.az xəbər verir ki, XXXII turda "Avstriya"nı məğlub edən (3:0) LASK çempionluğunu elan edib.

 

Komanda çempionlar qrupunu 39 xalla birinci sırada bitirib və ən yaxın izləyicisi "Şturm"u iki xal qabaqlayıb.

 

LASK tarixində ikinci dəfə Avstriya çempionu adını qazanıb. Klub 61 il sonra bu uğuru əldə edib.