"Fənərbağça"da baş məşqçi Joze Mourinyo ilə bağlı qərar verilib. Sport24.az xəbər verir ki, bununla bağlı klub rəhbərliyinin iclası olub. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İndiki məqamda mütəxəssislə yollar ayrılmayacaq.
Super Liqada mövsümün qalan hissəsində şok effekti yaradacaq hansısa məğlubiyyət olarsa, Mourinyonun taleyi yenidən müzakirə ediləcək.
"Fənərbağça" çempionatda 30 turdan sonra 72 xalla ikincidir. İstanbul təmsilçisi lider "Qalatasaray"dan 5 xal geri qalır.