"Benfika"da baş məşqçi Joze Mourinyo ilə bağlı qərar verilib. Sport24.az xəbər verir ki, Portuqaliya təmsilçisi mütəxəssisi komandada saxlayacaq.

 

Bu barədə "Record" nəşri məlumat yayıb. "Benfika" rəhbərliyi Mourinyonun işindən razıdır.


"Benfika" liqada 27 turdan sonra 65 xalla üçüncü sıradadır və lider "Portu"dan 7 xal geri qalır.