"Qarabağ"ın uğurunun açarı şübhəsiz ki, 18 ildir klubda çalışan baş məşqçi Qurban Qurbanovdur". Sport24.az xəbər verir ki, bu sözləri Ağdam təmsilçisinin futbolçusu Mateuş Koxalski Polşa mətbuatına müsahibəsində deyib.

Qapıçı komandanın avrokuboklarda uğurlu çıxış etməsinin səbəbini açıqlayıb:

"Klubun çox güclü skautunqi var. Polşa klublarına hələ də bəzən yaxşı CV-yə və maraqlı keçmişə malik, amma artıq ən yaxşı illəri geridə qalmış futbolçular gəlir. Xoşbəxtlikdən bu, artıq getdikcə daha az baş verir, çünki belə oyunçular Polşaya sadəcə pul üçün gəlirlər. Başqa heç yerdə belə müqavilə ala bilməzdilər".

Koxalski "Qarabağ"ın aşağı liqalardan yaxşı oyunçular tapdığını söyləyib:

"Avropanın daha aşağı liqalarından, məsələn, Portuqaliyanın ikinci liqasından futbolçular tapırlar və onlara özlərini göstərmək imkanı verirlər. Burada skautinq həlledici rol oynayır, çünki "Qarabağ"da yalnız harada yox, konkret kimi axtarmaq lazım olduğunu da bilirlər. Və burada yenə baş məşqçinin roluna qayıdırıq — o, illərdir klubdadır. Əgər "Qarabağ"ı Polşadakı hansısa klubla müqayisə etməli olsam, "Yagelloniya"nı göstərərdim. Onlar da transferlərə böyük məbləğlər xərcləmirlər, yaxşı skautinqə üstünlük veriblər və əla nəticələr əldə edirlər".