Almaniyanın "Bavariya" klubunun fəxri prezidenti Uli Hönes komandanın ulduz futbolçusu Maykl Oliseni yay "transfer pəncərəsi"ndə satmaq fikrində olmadığını açıqlayıb. Sport24.az xəbər verir ki, o bu barədə Almaniyanın "BILD" nəşrinə danışıb.

O bildirib ki, "Real" və "Liverpul" klubları 24 yaşlı futbolçuya böyük məbləğli təklif etsələr də, Oliseni satmaq fikrində deyillər. Hönes əlavə edib ki, klub üçün əsas məqsəd maliyyə qazancı yox, idman nəticələridir və böyük məbləğ əldə etməkdən daha önəmli meydanda güclü çıxış etməkdir.

Qeyd edək ki, 2024-cü ildə "Bavariya"ya keçən Maykıl Olise bu müddətdə bütün turnirlərdə 94 oyuna çıxaraq 36 qol və 43 məhsuldar ötürmə ilə yadda qalıb.