"Yoventus" klubu uğursuz mövsüm keçirən komandanın baş məşqçisi Tiaqo Motta ilə bağlı qərarını verib. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikola Skira məlumat yayıb.

 

O, Turin təmsilçisinin Mottanı ən qısa zamanda istefaya göndərəcəyini qeyd edib.

 

Mottanı bu vəzifədə İqor Tudorun əvəzləyəci gözlənilir. Son klubu "Latsio" olan xorvatiyalı mütəxəssis tezliklə Turinə yollanacaq.

 

Qeyd edək ki, "Yuventus" hazırda İtaliya A Seriyasının turnir cədvəlində 52 xalla 5-ci yerdədir. Lider "İnter"in 64 xalı var. Motta 2024-cü ilin yayından "Yuventus"u çalışdırır.