"Nürnberq"ın baş məşqçisi Miroslav Kloze komandanın azərbaycanlı hücumçusu Mahir Emreli ilə son oyunlardakı çıxışı ilə bağlı ciddi danışdığını bildirib. Sport24.az xəbər verir ki, "Bild"ə açıqlama verən Kloze Emreli haqda bunları deyib:

 

"Mən ona kompakt oynamağın və və daha da intensiv məşqlərin nə qədər vacib olduğunu söylədim. O, hər şeyi başa düşür. Mən çoxlu müsbət məqamlar görürəm. Lakin bu o demək deyil ki, "Kölnə" qarşı keçiriləcək matçda hər şey düzələcək".

 

Almaniyalı mütəxəssis millimizin üzvünün meydanda nümayiş etdirdiyi hərəkətlərinə də toxunub: "Ona dedim ki, mənim üçün xüsusi bir şey etməyə ehtiyac yoxdur. Effektli olmaq lazımdır. Çünki əhvalınız pisdirsə, az qaçırsınızsa, o zaman bu dabanla etdiyiniz fəndlərinin heç bir faydası olmayacaq. Oyuna qayıtmağın yeganə yolu intensivlik və hərəkətdir".