"Arsenal"ın müdafiəçisi Aleksandr Zinçenko "Nottingem Forest"ə icarəyə verilib. Sport24.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

 

28 yaşlı ukraynalı ilə icarə müqaviləsi 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulub.

 

Qeyd edək ki, Zinçenko 2022-ci ilin yayından "Arsenal"ın formasını geyinirdi. Müdafiəçi ötən mövsüm 23 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib.