Bu gün UEFA Millətlər Liqasında 1/4 finalın ilk oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, bu mərhələdə yarışın A Liqasının 4 qrup qalibi və 4 qrup ikinciləri üz-üzə gələcək.
1/4 finalın bütün ilk oyunlarının hamısı Bakı vaxtı ilə eyni saatda - 23:45-də başlanacaq.
Millətlər Liqasının 1/4 finalının cavab görüşləri martın 23-ü keçiriləcək. Qalib iyunda təşkil olunacaq həlledici mərhələyə vəsiqə qazanacaq. Yarımfinal və final bir oyundan ibarət olacaq.
Final isə İtaliya - Almaniya cütünün qalibi olan ölkədə təşkil olunacaq.
20 mart
23:45. Niderland - İspaniya
23:45. Xorvatiya - Fransa
23:45. Danimarka - Portuqaliya
23:45. İtaliya - Almaniya