İtaliyanın "Milan" klubu ukraynalı qapıçı Andrey Lunini heyətinə qatmaq üçün təxminən 10 milyon avro təklif etməyə hazırdır. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisi İspaniyanın "Real" komandasında çıxış edən qolkiperlə maraqlanır.

 

Mümkün keçid 2026-cı ilin yayında gerçəkləşə bilər.

 

Qeyd edək ki, Luninin "kral klubu" ilə müqaviləsinin müddəti 2030-cu ilin yayıyanadək qüvvədədir.