"Milan" "Fənərbaxça"nın yarımmüdafiəçisi Sebastyan Şimanski ilə maraqlanır. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu futbolçu üçün 18 milyon avro təklif edib.

 

"Fənərbaxça"  24 yaşlı polşalı futbolçunu "Milan"a 18 milyon avroya satmaqdan imtina etsə də, italyanlar təklifi yaxşılaşdırmaq niyyətindədirlər.

 

Ehtimal edilən transfer məbləği 25 milyon avro olaraq qiymətləndirilir. Futbolçu ilə "Milan"dan başqa, "Napoli" və "Tottenhem" də maraqlanır.

 

Qeyd edək ki, Şimanski "Fənərbaxça"ya 2023-cü ilin iyulunda Moskva "Dinamo"sundan keçib. Yarımmüdafiəçi cari mövsümdə bütün yarışlarda 46 matçda 12 qol vurub və 14 məhsuldar ötürmə edib.