Ötən gecə MLS-də pley-off mərhələsinin birinci turunun üçüncü oyununda "İnter Mayami" "Neşvill"ə üz-üzə gəlib. Sport24.az xəbər verir ki, oyun Mayami təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Lionel Messi bu oyunda iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Qalib komandanın heyətində Tadeo Allende də dubl edib. 

 

Beləliklə, "İnter Mayami" seriyanı 2-1 hesabı ilə qazanaraq pley-offunun 1/4 finalına yüksəlib.