Ötən gecə MLS-in ikinci turu çərçivəsində "İnter Mayami" "Orlando Siti" ilə qarşılaşıb. Sport24.az xəbər verir ki, oyun mayami təmsilçisinin 4-2 hesablı qələbəsi ilə yekunlaşıb.  

 

Görüşdə dublla yadda qalan Lionel Messi üçün oyun əlamətdar olub. İkinci qolunu cərimə zərbəsindən vuran argentinalı uduz Pelenin göstəricisinə çatıb. Messi də braziliyalı əfsanə kimi  karyerasında 70-ci dəfə cərimə zərbəsindən fərqlənib.

 

Qeyd edək ki, bu göstəricidə rekord daha bir brazliyalı Juninyo Pernambukanoya məxsusdur. O,  77 dəfə standart vəziyyətdən "çərçivən"i dəqiq nişan alıb.