Lionel Messi "İnter Mayami"nin "Orlando Siti" ilə oyunun sonunda rəqibin baş məşqçisinə cavab verib. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, "Orlando Siti" 2-0 hesabı ilə öndə olarkən baş məşqçi Oskar Parexa argentinalıya yaxınlaşaraq ona bir neçə söz deyib. Messi isə rəqibin çalışdırcısının sözlərindən narazı qalıb.

 

Oyunun sonlarında Messi cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı 4-2 edəndən sonra "Orlando" ehtiyat oyunçular skamyasına baxaraq sanki məşqçidən avtoqraf istəyib-istəmədiyini soruşurmuş kimi jest edib.