İspaniya La Liqasında XXII turun oyunları davam edir. Sport24.az xəbər verir ki, günün ilk matçında "Real Madrid" öz meydanında "Rayo Valyekano"nu sınağa çəkib.

 

Gərgin keçən qarşılaşmada azarkeşlər 3 qola şahidlik ediblər. Oyun "kral klubu"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

"Real"ın heyətində qələbə qolunu 90+10-cu dəqiqədə Kilian Mbappe vurub.