Misli Premyer Liqasının XVIII turunun "Qarabağ" – "Turan Tovuz" oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

 

– "Qarabağ"ı Çempionlar Liqasındakı uğuruna görə təbrik edirəm. Bu, Azərbaycan futbolunun uğurudur. Oyuna gəlincə, yaxşı məqamlar var idi. Ümumilikdə isə məyusedici nəticə oldu. Sonda imkanlar yaratsaq da, dəyərləndirə bilmədik.

 

– Burdan xal və ya xallar qazanmaq üçün nə çatmadı?


– Realizasiya.

 

– Transferlər bitib, ya axtarışdasınız?


– Axtarışdayıq.

 

– Vadjinin ilk hissədəki müdaxiləsinə qırmızı vərəqə verilə bilərdi. Bu haqda fasilədə onunla danışdınız?


– Xeyr, söhbət olmayıb. Pis niyyəti olmayıb. Oyun epizodu idi. Vadji sonra yaxınlaşıb, üzr istədi.

 

– "Qarabağ"ın qolundan sonra nəyə etiraz edirdiniz?


– Ofsaydla bağlı şübhələrimiz var idi. Nədənsə, VAR da xətti göstərmədi. Hər oyun göstərir, bu gün yox. Bəlkə də, mən də səhv edirəm. Elə başa düşülməsin ki, bəhanədir, buna görə uduzduq.

 

– Stadionla bağlı tez-tez yer dəyişirsiniz. Bu, komandanın oyununa təsir edir?


– Stadionumuzun hazır olmasını gözləyirik. Azarkeşlərimiz önündə oynamaq istəyirik.

 

– Avrokuboklara getməkçün kuboku, ya liqanı düşünürsünüz?


– İkisini də.

 

– Qolda müdafiəçiniz Zubirə ötürmə etdi. Bu səhvi necə qarşılayırsınız?


– Futboldur, ola bilər.

 

– Yeni hücumçunuz Çinellidən gözləntiləriniz nədir?


– Vaxt lazımdır. Düşünürəm ki, kömək edəcək.