"Real"ın hücumçusu Kilyan Mbappe "Valensiya" ilə oyunda verilən ofsayt qərarına görə dördüncü hakimə kəskin etiraz edib. Sport24.az xəbər verir ki, bu barədə "Dazn" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, fransız futbolçu  fasilə zamanı və ikinci hissə başlamazdan əvvəl Mestalya stadionunun tunelində iki dəfə dördüncü hakimə yaxınlaşaraq ofsayt qərarı ilə bağlı izahat tələb edib. O, qərarı başa düşmədiyini bildirərək epizodun necə ofsayt sayıldığını soruşub. Dördüncü hakim kameralar önündə danışmaqdan imtina etdiyinə görə Mbappe cavab ala bilməyib və buna əsəbiləşərək komanda yoldaşı Eduardo Kamavinqaya dönərək hakimləri "klon" adlandırıb.

 

Qeyd edək ki, La Liqanın 23-cü turunda bazar günü keçirilən oyunda "Real" səfərdə "Valensiya"nı 2:0 hesabı ilə məğlub edib.