La Liqanın 36-cı turunda "Malyorka" (2:1) ilə matçda fərqlənən Kilian Mbappe "Real"ın heyətində 40-cı qolunu vurub. Sport24.az "Squawka"ya istinadən xəbər verir ki, 26 yaşlı fransız klub tarixində debüt mövsümündə bu qədər qol vuran ilk oyunçu olub.
Mbappenin aktivində La Liqada 28, Çempionlar Liqasında 7, İspaniya kubokunda 2, Qitələrarası kubokda, İspaniya Superkubokunda və UEFA Super Kubokunda bir qolu var.
O, həm də İspaniya futbolunda ilk mövsümündə 40 və ya daha çox qol vuran ikinci oyunçudur. Əvvəllər bunu yalnız braziliyalı Ronaldo bacarıb. Braziliyalı 1996/97 mövsümündə "Barselona"da keçirdiyi ilk mövsümdə 47 qol vurmuşdu.
Qeyd edək ki, portuqaliyalı Kriştiano Ronaldo "Real"a gəldiyi ilk ildə rəqib qapısına 33 dəfə yol tapıb.