Həndbol üzrə Azərbaycan çempionatlarında I-IV yerlər uğrunda növbəti oyunlar keçirilib. Sport24.az xəbər verir ki, "AHF Arena"nın meydançasına əvvəlcə qadınlardan ibarət "İdman Akademiyası" və "Qarabağ" çıxıblar.

 

Görüş daha inamlı oyun nümayiş etdirən nominal qonaqların qələbəsi ilə nəticələnib -40:32.

 

Kişilərdən ibarət "Qarabağ" və "Bakı" qarşılaşmasında isə paytaxt təmsilçisi sevinib. Bakının eyniadlı klubunun üstünlüyü hesabda əksini tapıb -31:24.