Stolüstü tennis üzrə Azərbaycan çempionatında komanda yarışının qalibləri müəyyənləşib. Sport24.az xəbər verir ki,  "Şüa" İdman Kompleksində davam edən ölkə çempionatında kişilərin mübarizəsində "Bakı-1" komandası qalib olub. "Bakı-2" ikinci, "Bakı-3" və "Şabran" kollektivləri üçüncü yeri tutublar.

 

Qadınların yarışında isə "Sumqayıt-1" komandası bütün rəqiblərini üstələyib. "Bakı-1" ikinci, "Bakı-2" və "Sumqayıt-2" komandaları üçüncü olublar.

 

Çempionatın növbəti günlərində idmançılar şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstərəcəklər.

 

Qeyd edək ki, yarışa mayın 17-də yekun vurulacaq.