"Mançester Yunayted"in hücumçusu Coşua Zirkze İtaliyaya qayıda bilər. Sport24.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 23 yaşlı niderlandlı "İnter"in maraq dairəsindədir. Zirkzenin İtaliyada top qovmaq təcrübəsi var. O,  A Seriyasında "Parma" və "Bolonya"nın formalarını geyinib.

 

Qeyd edək ki, Zirkze bu mövsüm 48 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.